"Vəkil Günü" peşə bayramına həsr olunmuş ağacəkmə aksiyası keçirilib
- Kateqoriya: ÜMUMİ XƏBƏRLƏR
- Tarix: 07-09-2023
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il
tarixli Sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında
“Vəkil günü” peşə bayramı kimi qeyd edilir.
Peşə
bayramı ərəfəsində Kollegiya tərəfindən bir sıra silsilə tədbirlər
həyata keçirilir. Keçirilən silsilə tədbirlərdən biri kimi dekabrın
24-də vəkillərin peşə bayramı - "Vəkil günü" münasibətilə Vəkillər
Kollegiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə
təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Ətraf
mühitin qorunması, ekoloji tarazlığın bərpası məqsədilə təşkil olunan
aksiyada Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ekologiya və
Təbii Sərvətlər naziri Muxtar Babayev, 300-dən çox vəkil, onların ailə
üzvləri və vəkil köməkçiləri, həmçinin nazirliyin əməkdaşları iştirak
edib.
Aksiya
ilə bağlı açıqlama verən Anar Bağırov qeyd edib ki, peşə bayramımız
ərəfəsində ağac əkilməsi, yaşıllığın salınması və təbiətimizə töhfə
verilməsi əlamətdar hadisədir. Ölkəmizdə mütəmadi olaraq ağacəkmə
aksiyalarının keçirilməsi, yeni yaşıllıq ərazilərin salınması çox
sevindiricidir. Bu ekoloji mühitin yaxşılaşdırılmasında, ekoloji
tarazlığın bərpasında mühüm rol oynayır”.
İlk
növbədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə aksiyanın
təşkilində göstərdiyi dəstəyə və iştirakına görə təşəkkür edirəm. Bizim
təşəbbüsümüz bütün vəkillər tərəfindən maraqla qarşılandı. Bu gün
300-dən çox vəkil, vəkil köməkçisi bu aksiyada iştirak edir. Burada
mindən çox ağac əkməklə yaşıllıq salındı. Ümid edirəm ki, gələcəkdə bu
parkda dünyasını dəyişən hər bir vəkilin adını daşıyan ağac olacaq. Peşə
bayramımız ərəfəsində bu parkın salınması əlamətdar hadisədir. Bu gün
həm də cənab Prezident İlham Əliyevin doğum günüdür. Aksiyamızın cənab
Prezidentin doğum gününə təsadüf etməsi bu günü bizim üçün ikiqat
əlamətdar edir", - deyə A.Bağırov qeyd edib.
Ekologiya
və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, “Vəkillərin
ekoloji məsələlərə həssas yanaşması sevindiricidir. Şadıq ki, böyük
vəkil ailəsi ətraf mühitin qorunması üçün belə bir aksiyada fəal iştirak
edir”.
Qeyd
etmək istərdik ki, aksiya çərçivəsində Bakı şəhəri Xocasən gölü
ətrafında 1100 şam və zeytun ağacları əkilib. Əkilən ağacların küləkdən
qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit
torpaq və mineral gübrələrdən istifadə olunub. Eyni zamanda, əkilən
ağacların mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün
zəruri tədbirlər görülüb.