+994 55 200-20-19

Haqqımızda

“Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosu 2006-cı ildə təsis edilməklə   uzun müddətdir ki, fiziki və hüquqi şəxslərə hüququn müxtəlif sahələri üzrə xidmət göstərən ölkəmizin ən qabaqcıl vəkil bürolarından biridir. Vəkil bürosu İsmayılov Aslan Ziyəddin oğlunun rəhbərliyi altında 1996-cı ildən fəaliyyət göstərən, ölkəmizdə yaradılan ilk özəl hüquq şirkətlərindən biri olan “VİZA” Hüquq Firmasının bazası əsasında yaradılmış və hazırda öz fəaliyyətini müstəqil və peşəkarcasına davam etdirir. Hüquqi təşkilat olaraq məqsədimiz hüquqi və fiziki şəxslərin hüquqlarının, azadlıqlarının, mülkiyyət toxunulmazlığının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarətdir. Vəkil büromuz uzun illərin təcrübəsinə əsaslanan iş prinsipi ilə Sizlərin xidmətindədir. İşimiz peşakarlığımızdır.