+994 55 200-20-19

İsmayılov Aslan Ziyəddin oğlu

İsmayılov Aslan Ziyəddin oğlu

İsmayılov Aslan Ziyəddin oğlu

Vəkillər kollegiyasının üzvü

İsmayılov Aslan Ziyəddin oğlu 1958-ci ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub. 1975-1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983-1986-cı illərdə RF-in Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon Xalq Məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk Rayon Məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikasının Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəifəsində çalışıb. 1996-2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildən “VİZA” hüquq firmasının, 2006-cı ildən isə “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun təsisçisidir. 1996-cı ildən BMT-nin Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib. ABŞ-ın Kolumbiya, Pitsburq, Fordom universitetlərində, Korneqo fondu, Sülh və Demokratiya institutunda, Azadlıq radiosunun Vaşinqton ofisində və digər çoxsaylı tədbirlərdə çıxış edib və mətbuat konfransları keçirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur.

Telefon

+994124989883

MÜTÜXƏSSİSLƏRİMİZ